reklam
“Cəsur ürəklər” Cocuq Mərcanlıda
Sportfm.az xəbər saytı

“Cəsur ürəklər” Cocuq Mərcanlıda


AFFA-nın dəstəyi ilə martın 26-dan 29-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Cəsur ürəklər” adlı festival keçiriləcək.
Sportfm.az xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında  futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Qeyd edək ki, AFFA-nın ötən ilin sonlarında irəli sürdüyü “Brave Hearts” (Cəsur ürəklər) adlı layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub. Layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək. Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim olunacaq.
Bundan əlavə, Cocuq Mərcanlıda AFFA tərəfindən süni örtüklü futbol meydançası inşa olunacaq. İnşaat xərclərini AFFA-nın irəli sürdüyü layihəni müsbət dəyərləndirən UEFA Children Foundation ödəyəcək.
 

Oxşar xəbərlər

"Cəsur ürəklər" bu dəfə Cocuq Mərcanlıya getdi - Foto
Ağdam və Tərtərdə "Cəsur ürəklər" festivalı keçirildi - FOTO
"Cəsur ürəklər" Ağdamda olacaq
UEFA AFFA-nın layihəsini təsdiqləyib - Cocuq Mərcanlı da mini-turnir keçiriləcək
Kütləvi futbol həftəsi festivalı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər