Elis macarı uddu, yığmamız medal qazandı
Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov – Nikola Petrov” beynəlxalq turniri keçirilir.
Sportfm.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) və qadın güləşçilərimizdən Elis Manolova (65 kq) mübarizə aparıb. Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb. Mübarizəyə 1/8 finaldan başlayan Rəsul Çunayev (72 kq) ilk olaraq Polşa, ardınca Rumıniya idmançısını vaxtından əvvəl təmiz qələbə ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisini də üstələyən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Fransa təmsilçisi olub. Vaxtından əvvəl rəqibini məğlub edən Rəsul Çunayev turnirin qızıl medalını qazanıb. 65 kq çəkidə mübarizə aparan qadın güləşçimiz Elis Manolova ilk olaraq Yunanıstan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Ardınca Rusiya idmançısından üstün olan güləşçimiz yarımfinalda Çexiya təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Elis Manolovanın rəqibi Macarıstan idmançısı olub. Rəqibini üstələyən güləşçimiz turnirin bürünc medalına sahib olub.
Oxşar xəbərlər
Elis gümüş, Alyona bürünc medal qazandı
Sofiyada yarış bitdi, Stadnik Bakıya qızılla dönür
Çunayev erməninin dizini yerə gətirdi, qızılı götürdü
Güləşçilərimiz Dan Kolov və Nikola Petrovun xatirə turnirində yarışacaq
İslam Abbasov beşinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası