Messi boynuna aldı:Onlar bizdən güclüdürlər
Argentina yığmasının lideri Lionel Messi dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, Messi mundialın qalibi olmağı arzuladıqlarını bildirib. Ancaq o, Argentina yığmasının favorit olmadığını da iddia edib:
"Biz bu hissi yaşamaq və dünya çempionatının qalibi olmaq istəyirik. Bizim özümüzün özümüzə borcumuz var. İnsanlara heç nə borclu deyilik. Çünki meydanda daim maksimum qüvvə sərf edirik.
Üç dəfə finala çıxmışıq və heç birində qalib gəlməmişik. Deməli, bunu Allah istəməyib. Üç dəfə qənimətə yaxın olub, onu əldə etməmək böyük məyusluq yaradır.
Reallıq budur ki, biz DÇ-nin favoriti deyilik. Daha güclü komandalar var - İspaniya, Almaniya, Braziliya, Fransa. Hesab edirəm ki, onlar bizdən güclüdülər. Onlar favoritdilər".
Oxşar xəbərlər
Messi Maradonaya çatdı - DÇ-2022
1000-ci oyununa çıxdı, Maradonanı geridə qoydu
Messi "Barselona"ya qayıtmaq istəyir
Messi titullarından imtina edir?
Maradona: "Messi lider olmaq istəmir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası