Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Manuel Noyer məşqlərə başladı
"Bayern Münhen" və Almaniya millisinin qapıçısı Manuel Noyer zədəsini sağaldıb.
Sportfm.az xəbər verir ki, 32 yaşlı qolkiper ümumi qrupla məşqlərə də başlayıb. Noyerin zədə sarıdan bəxti 2017-ci ilin aprelindən gətirmir.
Çempionlar Liqasının 1/4 finalında "Real"la oyunda ciddi zədə alan qapıçı bu səbəbdən Konfederasiyalar Kubokuna gedə bilməmişdi. Sentyabrda məşqdə ayağını sındıran Noyer bu dəfə daha uzun müddət bərpa prosesi keçməli olub.
Təcrübəli qapıçı dünya çempionatını da buraxmamaq üçün üzərində ciddi çalışmalı və optimal formasını bərpa etməlidir.
Oxşar xəbərlər
Manuel Noyer derbdə oynamayacaq
Xizək sürdü, ayağı qırıldı - mövsüm erkən bitdi
Millinin qapıçısı xərçəngdən 3 dəfə əməliyyat olundu - Etiraf
"Bavariya" forması ilə 100-cü oyununa çıxdı - FOTO
Futbol tarixinin ən yaxşı 10 qapıçısı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası