Nikolova qarşı etdiyi hərəkətə görə azərbaycanlını qınadı
Antalyada keçirilən yoldaşlıq oyununda millimizlə heç-heçə edən (1:1) Makedoniya millisinin baş məşqçisi İqor Angelovski matçla bağlı fikirlərini bildirib.
Sportfm.az xəbər verir ki, Angelovski Makedoniya mətbuatına açıqlamasında sərgilədikləri oyundan razı qaldığını deyib:
“Maraqlı oyun izlədik. Futboloçularımın sərgilədikləri oyundan razı qaldım. Lakin Finlandiya ilə oyundan (0:0) fərqli olaraq, nəticədən razı qalmadım. Millətlər Liqasından öncə gücümüz barədə müəyyən fikir formalaşdı, bundan sonra necə olacaq, görəcəyik. Mayda daha iki yoldaşlıq görüşü keçirə bilərik. Antalyada təlim-məşq toplanışı keçmək üçün möhtəşəm şəraitimiz var idi və bundan maksimum yararlandıq. Təlim-məşq toplanışına göstərdikləri ciddi münasibətə görə futbolçularıma təşəkkür edirəm. Hər şey daha yaxşı nəticələr qazanmağımız üçündü. Millətlər Liqasında daha yaxşı olacağıq”.
Angelovski oyunda tətbiq edilən videotəkrar (VAR) texnologiyası barədə də danışıb:
"VAR yeni texnologiyadı. Bu texnologiya ilə bağlı elə də anlayışımız yoxdu. Amma məncə, azərbaycanlı futbolçu Nikolova qarşı etdiyi hərəkətə görə qırmızı vərəqə almalıydı. Çünki dirsəklə onun üzünə zərbə endirmişdi. Ancaq yekun qərar hakimlərə məxsusdu, onların qərarlarına hörmət edirik. Hakim idarəçiliyi barədə heç vaxt fikir bildirmirəm".
Oxşar xəbərlər
"Oyundan və nəticədən razı qaldım" - Qurban Qurbanov
"Futbolçulardan razı qaldım" - Milan Obradoviç
"Komandanın sərgilədiyi oyundan razı qaldım"
Qurban Qurbanov: "Təlim-məşq toplanışından razı qaldım"
"Neftçi"nin futbolçusu İtaliya ilə oyuna çağırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası