Bərdə komandası Alfa Liqada iştirak edəcək
Azərbaycan Minifutbol Federasiyasının (AMF) bayrağı altında, “Bakcell” şirkətinin baş sponsorluğu ilə keçiriləcək mini futbol üzrə çempionat – Alfa Liqa üçün komandaların qeydiyyatı prosesi davam edir.
Sportfm.az xəbər verir ki, Alfa Liqaya qeydiyyata alınan komandalar arasında region təmsilçiləri də var.
Məsələn, bunlardan biri Bərdənin “Aristokrat” komandasıdır.
Bərdə komandasının kapitanı Vüqar Rəcəbov bu barədə fikirlərini bildirib:
“Biz Bərdədə fəaliyyət göstərən “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən turnirlərdə iştirak etmişik və çempion olmuşuq. Belə bir yarışın keçiriləcəyindən ATV telekanalında göstərilən videoçarx vasitəsilə məlumat tutduq.
Bakıdakı dostlarımız vasitəsilə bu turnirə qatılmaq barədə qərar verdik. İstədik ki, turnirdə bizim bölgədən də bir komanda mübarizə aparsın. Düşünürük ki, bizim çıxışımız turnirə rəng qatacaq. Çünki Bakıdan olan rəqiblərimiz bir-birlərini tanısa da, onlar bizim oyunçuları tanımır. Bu da bizim komandanın çempionatda bir üstünlüyü olacaq”.
Daha sonra “Aristokrat” komandasının nümayəndəsi ilə AMF-nin baş katibi Azər Hüseynov arasında iştirakı təsdiqləyən anlaşma imzalanıb.
Qeyd edək ki, Alfa Liqanın keçirilməsi aprel ayının sonlarına nəzərdə tutulub. Bu çempionat iyun ayında başa çatacaq. Turnirin qalibi olan komanda 5-9 sentyabr tarixlərində Sloveniyada keçiriləcək mini futbol üzrə Avropa Çempionlar Liqasında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək.
Oxşar xəbərlər
Alfa Liqanın qalibi məlum oldu - FOTO
Alfa Liqaya yekun vuruldu, Rəcəb Fərəczadə məşqçi kimi ilk kubokunu qazandı
Minifutbol üzrə Alfa Liqanın püşkü atıldı - FOTOLAR
Azərbaycan qəbul edildi, Ermənistan çıxarıldı
Yeni Azərbaycan milli komandası formalaşdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO















Misli Premyer Liqası