"Bravo" futbolçularımıza "bravo" deməyə imkan vermədi
İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokuna yekun vurulub.
Sportfm.az xəbər verir ki, “Qəbələ” turnirin sonuncu günündə 3-cü yer uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Sloveniyanın “Bravo” komandası ilə görüşüb. Matçın taleyini 1 qol həll edib. Sloveniya təmsilçisi 1:0 hesablı qələbə ilə 3-cü yeri tutub. “Qəbələ” isə turniri 4-cü pillədə başa vurub. Yarışın qalibi adına İtaliya “Udineze”si yiyələnib. Onlar 1:1 hesabı ilə başa çatan final matçının penaltilər seriyasında İngiltərə “Uimbldon”undan üstün olublar.
Xatırladaq ki, “Qəbələ” 3-cü yer uğrunda oyuna qədər keçirdiyi 6 oyunda 5 qələbə qazanıb və 1 heç-heçə edib. Komandamız qrupda “Sofiya Sport B”yə (Bolqarıstan) 14:0, “Livintana”ya (İtaliya) 11:0, “Ankona”ya (İtaliya) 3:1, 1/8 finalda “Hayduk”a (Xorvatiya) 3:2, 1/4 finalda “Mendrisiotto Selection”a (İsveçrə) 5:1 hesabı ilə qalib gəlib və yarımfinalda İngiltərə “Uimbldon”una penaltilərlə uduzub – 1:1, pen. 4:5.
Oxşar xəbərlər
"Mançester Siti" qalib gəldi, "Qəbələ" təsəlliverici matçda oynadı - FOTO
"Qəbələ" "Beşiktaş"a qalib gəlsə də, 15-ci oldu
"Qəbələ" üçün ən çox işlədilən söz "kaybetdi" oldu
Dünya Kubokunda yolumuzu kəsən ingilislər italyanlarla üz-üzə
"Qəbələ" Qallini də növbəti mərhələyə yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO















Misli Premyer Liqası