İngiltərəli, isveçli, finlandiyalı və azərbaycanlı bir arada
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının elit-raundunun 3-cü turunda ev sahibi Finlandiya ilə keçirəcəyi oyunun hakimləru açıqlanıb.
Sportfm.az xəbər verir ki, qarşılaşmanı ingiltərəli və isveçlilərdən ibarət hakimlər briqadası idarə edəcək. Aprelin 10-da keçiriləcək oyunun baş hakimi ingilis Rebekka Uelç, köməkçiləri isə həmyerlisi Helen Brayn və isveçli Jozefin Aransson olacaq. Görüşün ehtiyat hakimi funksiyasını Tess Oloffson (İsveç) yerinə yetirəcək.
Finlandiyanın Vantaa şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə 19:30-da başlayacaq.
Komandamız qrupda keçirdiyi ilk iki qarşılaşmada Fransa (0:6) və Belçikaya (1:5) böyük hesabla məğlub olub.
Oxşar xəbərlər
Belçika – İtaliya matçının hakimləri - AVRO-2020
Millimizin oyunu isveçli hakimlərə həvalə edildi - Avropa çempionatı
Kiprlə oyunun hakimləri açıqlandı
Finlandiya Azərbaycan yığmasına yerini göstərdi
Millimiz Finlandiya ilə bacaracaqmı?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası