reklam
Kapello axır ki, getdi
Sportfm.az xəbər saytı

Kapello axır ki, getdi


Məşhur italiyalı mütəxəssis Fabio Kapello məşqçilik karyerasını bitirməyə qərar verib.

Sportfm.az xəbər verir ki, bu ili martında Çinin "Szyansu Sunin" klubu ilə əməkdaşlığı başa vuran 71 yaşlı çalışdırıcı təqaüdə yollanmağa üstünlük verib.

O bildirib ki, milliyə rəhbərlik etmək niyyətində deyil: "Artıq demişəm ki, İtaliya yığmasının baş məşqçisi olmayacam. Klub və yığmalardakı fəaliyyətimdə böyük təcrübə qazanmışam. Lakin "Szyansu Sunin" mənim son komandamdı. Bundan sonra televiziyada şərhçilik edəcəm".

Qeyd edək ki, baş məşqçi kimi 1993/94 mövsümündə "Milan"la Çempionlar Liqasının qalibi olan Kapello 7 dəfə İtaliya ("Milan"la 4, "Yuventus"la 2, "Roma"yla 1 dəfə), 2 dəfə İspaniya çempionu (hər ikisi "Real"la) olub.

Oxşar xəbərlər

Əfsanəvi məşqçi futboldan getdi
"“Real” “Barselona”nın hakimiyyətinə son qoydu" - Fabio Kapello
Kapello dünyanın ən yaxşı futbolçusunun adını açıqladı
Kapello ən yaxşı futbolçuların adlarını açıqladı
“Həyat yoldaşıma 55 yaşadək futbolu tərk etməyi söz vermişdim"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər