reklam
Dünya çempionu olan azərbaycanlı ABŞ-a getməkdən imtina etdi:
Sportfm.az xəbər saytı

Dünya çempionu olan azərbaycanlı ABŞ-a getməkdən imtina etdi:Türkiye'yi evim olarak görüyorum


Türkiyəni təmsil edən azərbaycanlı atlet Almaniyanın paytaxtı berlində keçiriləcək Dünya Çempionatına qatılacaq. 

Sportfm.az xəbər verir ki, yarışa hazırlaşan Quliyev bu mövsüm qarşısına qoyduğu hədəflərdən danışıb. 7-12 avqust tarixlərində baş tutacaq qitə birinciliyinə daha yaxşı hazırlaşmaq üçün ölkə xaricindən xüsusi məşqçinin gətirilməsini istəyən Ramil, Berlində qızıl medal qazanmalı olduğunu bildirib. Turnirə Türkiyədə hazırlaşmaq istədiyini dilə gətirən dünya şöhrətli atlet ona dəfələrlə ABŞ-da çaılşmaq təklif olunsa da, bundan imtina etdiyini söyləyib. Ciddi zədəsi olmasa, 5-10 il bu idman növü ilə məşğul ola biləcəyini açıqlayan yığmamızın sabiq üzvü əsas istəyinin Yay Olimpiya Oyunlarında müfakafatçılar sırasına düşmək olduğunu deyib. Gələcək planlarından danışan Ramil, böyük bir idman məktəbi açmağı planlaşdırdığını və Türkiyə yığmasında məşqçi kimi özünü sübut etmək fikrində olduğunu və qardaş ölkəni evi kimi gördüyünü söyləyib:"Biz zaten aynı milletiz. Türk milleti beni kabullendi. Türkiye'yi evim olarak görüyorum." 

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə 200 metr məsafəyə qaçışda dünya çempionu titulunu qazanıb. 

 

 

 

 

 

Oxşar xəbərlər

Ramil Quliyev bu dəfə medalsız qaldı - Brilliant Liqa
"Hədəfim olimpiya çempionu olmaqdır" - Ramil Quliyev
Quliyev Polşada bürünc medal qazandı
Ramil Quliyev yeni hədəflərini açıqladı
Ramil Quliyev Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər