reklam
Şotlandiyalı futbolçu:
Sportfm.az xəbər saytı

Şotlandiyalı futbolçu:Azərbaycandan qayıtdıqdan sonra özümə gələ bilməmişəm


Şotlandiya Premyer Liqasında mübarizə aparan “Reyncers”in yarımmüdafiəçisi Endi Hallidey açıqlama verib. 

Sportfm.az xəbər verir ki, icarə əsasında mövsümün ilk yarısınl “Qəbələ”də keçirən, qışda komandasına geri dönən 26 yaşlı futbolçu oyunlara sonradan daxil olur. Şotlandiyalı futbolçu "Qəbələ"də az şans qazandığı üçün əziyyət çəkdiyini deyib: 

“Fərdi məşqlərə hələ də ehtiyacım var. Oyun praktikasından əziyyət çəkirəm. Azərbaycandan qayıtdıqdan sonra özümə gələ bilməmişəm. “Qəbələ”də olarkən müntəzəm olaraq oynamırdım və bu səbəbdən formadan uzaq düşdüm. İndi isə toparlanmağa çalışıram. İnanıram ki, matçlarda iştirak etdikcə vəziyyətimi düzəldəcəm”. 

Xatırladaq ki, ötən il “Qəbələ”nin icarəyə götürdüyü Hallidey "qırmızı-qaralar"da cəmi 8 oyun keçirdikdən sonra qış transfer pəncərəsində müqaviləylə məxsus olduğu “Reyncers”ə qayıdıb.

Oxşar xəbərlər

"Qəbələ" britaniyalı futbolçu ilə yollarını ayırdı - O Şotlandiyada çıxış edəcək
"Reyncers" "Qəbələ"nin futbolçusu ilə bağlı danışıqlara başladı
“Reyncers” “Qəbələ”nin futbolçusu ilə bağlı qərarını açıqladı
"Midlsbro"nun futbolçu Azərbaycan Premyer Liqasında
"Qəbələ" şotlandiyalı futbolçunu istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər