reklam
Ən yaxşı məşqçilərin reytinqi açıqlandı -
Sportfm.az xəbər saytı

Ən yaxşı məşqçilərin reytinqi açıqlandı -Siyahıda 2 azərbaycanlı var


Məşqçilərin yeni reytinq siyahısı açıqlanıb.

Sportfm.az xəbər verir ki, “clubworldranking”in hazırladığı və hazırda fəaliyyətdə olan 6585 məşqçinin yer aldığı siyahıda iki azərbaycanlı məşqçi də var. Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1169 xalla 483-cü pillədə yer alıb. Qurbanov ötən reytinqlə müqayisədə 9 pillə irəliləyib.

Siyahıda yer alan digər həmyerlimiz isə “Zirə”nin baş məşqçisi Ayxan Abbasovdu. Abbasov 217 xalla 982-ci pillədə yer alıb.

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə siyahıda 931-ci sırada qərarlaşıb (255 xal).

Cədvələ “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir (18462). Fransız mütəxəssisi “Barselona”nın çalışdırıcısı Ernesto Valverde (14946) və “Qremio”nun baş məşqçisi Renato Qauço (14254) təqib edir.(komanda.az)

Oxşar xəbərlər

Qurban Qurbanov uduzsa da, bərabərə qalsa da...
Qurban Qurbanov reytinqdə irəlilədi
Qurbanovla Bordin 3 pillə gerilədi
Qurbanov 48, Bordin 32 pillə gerilədi
Baş məşqçilərin reytinq siyahısı açıqlandı - Qurban Qurbanov neçənci sırada yer aldı?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər