Del Pyero Buffonun dediklərini qınadı
"Real" - "Yuventus" matçının (1:3) son saniyələrində baş verən hadisələrə növbəti reaksiya "qoca sinyora"nın əfsanəsi Alessandro Del Pyerodan gəlib.
Sportfm.az xəbər verir ki, veteran futbolçu referi Maykl Oliverə etiraz edərək, meydandan qovulan Canluici Buffonu oyundan sonra verdiyi açıqlamalarına görə qınayıb.
Səsləndirdiyi fikirləri Buffona yaraşdırmayan Del Pyero "Sky Italia"ya müsahibəsində bunları deyib: "Buffonun hakim haqqında dediklərini anlamaqda çətinlik çəkirəm. Düşünürəm ki, yaxın günlərdə referi barədə daha fərqli fikirlər səsləndirəcək".
Qeyd edək ki, Buffon hakim Maykl Oliverin sinəsində ürəyi əvəzinə, zibil qutusu daşıdığını demişdi.
Hələlik UEFA Hakimlər Komitəsindən həmin oyunda baş verənlərlə bağlı rəsmi reaksiya yoxdu.(apasport.az)
Oxşar xəbərlər
Buffon yeni təklifi dəyərləndirdi
"Buffonun yerində olsaydım, futbolu "Yuventus"da bitirərdim"
Buffon İtaliyanı tərk edir?
Karyerasını bitirdikdən sonra cəzalandırıldı
Buffonun hərəkətləri araşdırma mövzusu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
4 tur qalmış 35-ci dəfə çempion oldular - Uğur
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
"Arsenal" "Siti"yə məğlub oldu - Premyer Liqa
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
Azərbaycan kubokunda hakim təyinatları















Misli Premyer Liqası