U-16 Liqası:Çempion məlum ola bilər
Bu gün U-16 Liqasında 28-ci turun oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, «Turan»ın istirahət edəcəyi həftədə 5 oyunun 4-ü paytaxtda baş tutacaq. Mərkəzi oyun sarıdan «korluq çəkən» turda nisbətən maraqlı oyun Binə qəsəbə stadionunda keçiriləcək. Ümumən maraqsız görünən bu tur «Qəbələ»nin çempionluğunu rəsmiləşdirməsi ilə əlamətdar ola bilər. Əgər əyalət təmsilçisi qalib gələrsə və ən yaxın izləyiciləri «Zirə»ylə «Vətən» xal itirərsə...
28-ci tur
19 aprel (cümə axşamı)
13:00 «Neftçi» - «Sumqayıt»
(Binə qəsəbə stadionu)
13:00 «Keşlə» - «Neftçi» İK İB
(«İnter Arena», 4-cü meydan)
13:00 «Vətən» - «Səbail»
(«Neftçi Baza»)
14:00 «Kəpəz» - «Qəbələ»
(Gəncə şəhəri, TİM-nin meydanı)
16:00 «Qarabağ» - «Zirə»
(Binə qəsəbə stadionu)
Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Nemət Musayev («Kəpəz»), Şahmar Abbaszadə («Sumqayıt»), Ağamalı İmaməliyev, Fərid Fərmanov (hər ikisi «Neftçi» İK İB), Samir Qasımov, Murad Hüseynov (hər ikisi «Zirə»), Zeynəddin Abdurrahmanov («Qəbələ»).
Bombardirlər: Emil Quluzadə («Vətən») – 18 qol, Fərid Xasıyev («Turan») – 16 qol.
«Het-trik news» qəzeti
Oxşar xəbərlər
U-16 Liqası: "Vətən" çempionu məğlub edə biləcəkmi?
U-16 Liqası: Mərkəzi oyun Binədə olacaq
Mərkəzi oyun "Neftçi Baza"da baş tutacaq
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











.jpg)



Misli Premyer Liqası