David Navara:Vüqar həmişə partiyada vəziyyəti dəyişməyi bacarırdı
Aprelin 19-da Şəmkirdə təşkil olunan şahmat üzrə Vüqar Həşimov Memorialında birinci turun oyunları keçirilib. İlk turda Azərbaycan şahmatçısı Rauf Məmmədov qara fiqurlarla Çexiya təmsilçisi David Navara ilə heç-heçə oynayıb.
Sportfm.az xəbər verir ki, partiyadan sonra David Navara oyun barədə danışıb. O deyib: “Açılışdan sonra debütdə üstünlük qazanıb. Çox maraqlı vəziyyət yaranmışdı. Təəssüf ki, üstünlükdən istifadə edə bilmədim. Rauf çox dəqiq oynayaraq vəziyyəti bərabərləşdirdi və üstünlüyü qaytarmağa imkan vermədi. Amma qələbə qazanmaq imkanım var idi”.
Mərhum Vüqar Həşimov barədə danışan çexiyalı şahmatçı onunla oynadığı turnirləri yada salaraq deyib: “Vüqar Həşimovu çox yaxşı xatırlayıram. Vüqar həmişə partiyada vəziyyəti dəyişməyi bacarırdı. Onunla 9 dəfə qarşılaşmışam. Bu oyunların beşində Vüqar qələbə qazanıb. Onun yoxluğunu qəbul etmək çox çətindir. Vüqarın özünəməxsus gülüşü hər zaman yadımdadır. Şəmkir turnirində həmişə onu xatırlayırıq”.
Oxşar xəbərlər
Məmmədyarov 3-cü oldu - Vüqar Həşimov Memorialı
Blits növündə mübarizəyə başlandı - Vüqar Həşimov Memorialı
Şəhriyar Məmmədyarov turnirin liderinə qarşı - Vüqar Həşimov Memorialı
Şəhriyar Məmmədyarov Rauf Məmmədova qarşı - Vüqar Həşimov Memorialı
Azərbaycan şahmatçıları üz-üzə gələcək - Vüqar Həşimov Memorialı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası