reklam
Futbolçularımız Türkiyə ilə qarşılaşacaq -
Sportfm.az xəbər saytı

Futbolçularımız Türkiyə ilə qarşılaşacaq -Heyət məlumdur


2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
Sportfm.az xəbər verir ki, turnirdə komandamızla yanaşı, Gürcüstan və Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığmaları mübarizə aparacaq. Yunanıstan yığması turnirdə iştirakdan imtina etdiyi üçün Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət  yığması da yarışa qatılacaq.
Aşağı yaş qruplarından ibarət milli komandalar üzrə Avropa çempionatlarının elit raundu və final mərhələsi başa çatmadığı üçün UEFA-nın keçirdiyi yarışlarda 2003-cü il təvəllüdlülərdən ibarət yığma komandalar U-15 hesab olunur. Azərbaycanda isə yığma komandaların heyəti müəyyənləşdirilərkən növbəti seçmə mərhələ nəzərdə tutulduğu üçün bir yaş daha kiçik futbolçular cəlb olunur. Buna görə Antalyada keçiriləcək UEFA İnkişaf turnirində Azər Məmmədovun baş məşqçisi olduğu 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız iştirak edəcək və həmin yarışda Azərbaycan U-15 komandası adlanacaq.
Yığmamızın heyətinin və oyunlarının vaxtını diqqətinizə çatdırırıq: 
AD, SOYAD
KLUB
Şabiyev Kamran
Vətən
Fərzəliyev Fərrux 
Vətən
Tanırverdiyev Bəhruz
Vətən
Rəhimov Mirismayıl
Qarabağ
Vəliyev Vüsal
Vətən
Həsənov Rəşad
Keşlə
Əbilov Əbil
Keşlə
Kazımov Kamal
Qəbələ
Baxşəliyev Mehrac
Qəbələ
Cabbarov Ayxan
SAVEDALENS IF (İsveç)
Qənbərov Vüsal
Technofootball FK (İspaniya)
Mədətov Ülvü
Qəbələ
Damadayev Süleyman
Qəbələ
Hüseynov Cəlal
Zirə
Əsədov Gülağa
Zirə
Mirzəzadə Vüsal
Qəbələ
Əliyev Elnur
Qarabağ
Həsənov Vaqif
Keşlə
Cəfərov Nihad
Neftçi
Səmədov Ümid
Kəpəz
Seyfullayev Həsən
Kəpəz
23.04.2018
16:00. Türkiyə-2 – Azərbaycan 
25.04.2018
16:00. Gürcüstan – Azərbaycan 
27.04.2018
17:00. Türkiyə - Azərbaycan

Oxşar xəbərlər

Türkiyədə yığmamızın təlim-məşq toplanışı keçiriləcək
"Mançester Yunayted"in futbolçusu Azərbaycan millisinə dəvət olundu
Yığmamız Gürcüstan komandası ilə qarşılaşdı
Yığmamız bir yaş balacaları məğlub edə bilmədi
U-16 millimiz bu gün ilk oyununa çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər