reklam
Son 10 ildə ilk dəfə
Sportfm.az xəbər saytı

Son 10 ildə ilk dəfə "aşağı yuvarlandılar"


Futbol üzrə İspaniya La Liqasını tərk edən ilk komandanın adına aydınlıq gəlib.

Sportfm.az xəbər verir ki, “Malaqa”nın gələn mövsümü Sequndada keçirəcəyi artıq rəsmiləşib.

Bu, La Liqanın 33-cü turuna təsadüf edən “Levante” ilə matçda gerçəkləşib. Belə ki, rəqibinə 0:1 hesabı ilə məğlub olan “Malaqa”nın son 5 turda 17-ci pillədəki kollektivə çatmaq şansı qalmayıb. Bununla da "Malaqa" “böyük beşlik” ölkələrində yüksək liqanı tərk edəcəyi dəqiqləşən ilk klub olub.

Qeyd edək ki, son 10 ili La Liqada keçirən “Malaqa” 2011-12 mövsümündə 4-cü yeri tutmuşdu.

Hazırda bu komanda cəmi 17 xalla 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. “Malaqa” keçirdiyi 33 oyundan 4-də qalib gəlib, 5-də heç-heçə edibsə, 24 matçda məğlubiyyətə üzülüb.
 

Oxşar xəbərlər

Klub əməkdaşlarını kütləvi şəkildə işdən çıxardı
Məhşur futbolçu 3 min maska bağışladı
Baş məşqçi Çindən İspaniyaya köçdü
Klub prezidenti "Barselona"nın çempion olmasını istəmir!
İspaniya klubunda yeni baş məşqçi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər