reklam
Onlarda da olimpiadaya ev sahibliyi etmək istəyir
Sportfm.az xəbər saytı

Onlarda da olimpiadaya ev sahibliyi etmək istəyir


2032-ci ildə keçiriləcək Olimpiya Oyunlarının ev sahibliyinə daha bir namizəd açıqlanıb. 

Sportfm.az xəbər verir ki, Hindistan dördilliyin ən möhtəşəm idman yarışını qəbul etməyə iddialıdır. Bunu ölkənin olimpiya assosiasiyasının rəhbəri Narinder Batra açıqlayıb. O bildirib ki, yarışı qəbul etməyə namizəd şəhər dəqiqləşməsə də, Hindistan bir sıra turnirlər üçün müraciət edəcək: 

“2026-cı ildə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunları, 2030-cu ilin Asiya Oyunları və 2032-ci ilin Olimpiadası üçün sifariş verəcəyik. Bu turnirlərin bizə verilib-verilməməsini bilmirik. Lakin böyük yarışlara bağlı olmaq istəyirik”. 

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhədinin də 2032-ci il Olimpiadasına namizədlik verəcəyi gözlənilir. 

Oxşar xəbərlər

2032-ci ildə olimpiadanın keçiriləcəyi şəhər - RƏSMİ
BOK Olimpiya Oyunlarına ev sahibi şəhəri müəyyən edəcək - 2032-ci il
Olimpiadanı bu ölkə keçirəcək
İndoneziya 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
İndoneziya 2032-ci il olimpiadasına ev sahibliyi etmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər