reklam
Millimizin üzvü Gürcüstanda növbəti qolunu vurdu
Sportfm.az xəbər saytı

Millimizin üzvü Gürcüstanda növbəti qolunu vurdu


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Gürcüstanın “Şevardeni” komandasında növbəti oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, Gürcüstan 2-ci liqasının 8-ci turunda səfərdə “Şukura” ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan qələbə ilə ayrılıb - 3:2.

Fərid oyuna start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. 

Matçda hesabı 18-ci dəqiqədə Nəbiyev açıb. 45+2-ci dəqiqədə isə o, komanda yoldaşının qol vurmasına məhsuldar ötürmə ilə kömək edib. 

Geridə qalan turlarda 5 oyunda forma şansı qazanan Fərid indiyə qədər 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.

8 turdan sonra hesabında 11 xal olan “Şevardeni” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Nəbiyev qol vurdu, komandası qələbə qazandı - Çexiya II Liqa
Nəbiyev Çexiyada növbəti qolunu vurdu
Fərid yenə fərqləndi
Nəbiyev məğlubiyyətə şahidlik etdi
Qriqorçuka lazım olmayan futbolçu Gürcüstanda "qan edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər