Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə"nin Türkiyədə ilk yoxlama oyunu - FOTOLAR
"Zirə” Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirdi. Sportfm.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, "Fənərbaxça"nın dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşən Topuk Yaylasındakı təlim bazasında keçirilən oyunda rəqib "Qaziantep BB” idi. Oyun "Zirə"nin 1-0 hesablı qələbəsi ilə başa çatdı. 40-cı dəqiqədə kapitan Elvin Məmmədovun ötürməsindən sonra Təmkin Xəlilzadə oyundakı yeganə qola imza atdı.
"Zirə” - "Qaziantep BB” 1-0
Qol: Təmkin Xəlilzadə, 40
"Zirə”: Anar Nəzirov, Yovan Krneta, Migel Lorenzo, Aleksandr Şemonayev, Tural Cəlilov, Vüqar Mustafayev, Milan Duriç, Elvin Məmmədov (k) (Nurlan Novruzov), Təmkin Xəlilzadə, Gerhard Proqni (Vüsal İskəndərli), Murad Səttarlı (Yasin Həmid).
"Qaziantep BB”: Ahmet Sabdir, Yasin Palaz, Rza Əfəndioğlu, Sərhat Maden, Ramazan Kahya, Damır Zlomisliç, Mert Sinan Pekesen, İbrahima Vadji, Muhammed Reys, Nenand Marinkoviç, Kalu Uçe.
Qeyd edək ki, "Zirə” növbəti oyununu iyulun 29-da "Göztəpə”yə qarşı keçirəcək.
Oxşar xəbərlər
"Zirə" çətin səfərdən bir xalla dönür
Zirədə qalib müəyyənləşmədi
“Zirə” yoxlama oyununda qələbə qazandı
"Zirə" "Neftçi"yə qalib gəldi
"Zirə" Türkiyədə iki sınaq matçı keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası