reklam
Yenə Türkiyə Super Kuboku, yenə Bakı?
Sportfm.az xəbər saytı

Yenə Türkiyə Super Kuboku, yenə Bakı?


"Beşiktaş" klubunun prezidenti Fikrət Orman ölkə kubokunun və Super kubokunun Türkiyədən kənarda keçirilməsinin tərəfdarı olduğunu açıqlayıb. 

Sportfm.az xəbər verir ki, bir müddət öncə paytaxtımıza səfər etmiş İstanbul klubunun prezidenti reklam üçün belə oyunların kənarda keçirilməsini dəstəkləyib: 

"Ölkədən kənarda oyunlar keçirilməlidir. Türkiyə kubokunun finalını və Super kubokunu buna aid etmək olar. Reklam işləri üçün vacib amildir". 

Qeyd edək ki, bu il Türkiyə kubokunun finalı "Diyarbakır" stadionunda keçiriləcək. Super kubok matçının yeri isə açıqlanmayıb. Türkiyə mətbuatında bir müddət əvvəl Bakı variantları yayılmışdı. Gələn mövsüm Avrop Liqasının finalını qəbul edəcək Bakı Olimpiya Stadionunda bu matçın keçirilməsi ehtimalı var.

Oxşar xəbərlər

Türkiyə Super Kubokunun qalibi "Qalatasaray" oldu
Super Kubok oyunu Bakıda keçiriləcək - "Fənərbaxça" - "Beşiktaş"
Türkiyə Super Kuboku başqa ölkədə keçiriləcək
Türkiyə Super Kuboku İstanbulda baş tutmayacaq
"Qalatasaray" Türkiyə Super Kubokunun qalibi oldu - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər