reklam
Bakıdakı beynəlxalq turnirə yekun vuruldu
Sportfm.az xəbər saytı

Bakıdakı beynəlxalq turnirə yekun vuruldu


Bakı İdman Sarayında keçirilən peşəkar boks üzrə beynəlxalq turnirə mayın 4-də yekun vurulub.

Sportfm.az xəbər verir ki, turnirdə Azərbaycanı, Rusiyanı, Argentinanı, Avstriyanı, Gürcüstanı və Ukraynanı təmsil edən peşəkar boksçular qələbə uğrunda mübarizə aparıblar. Turnirdə boksçular dörd titulun çempionluq kəmərləri uğrunda yarışıblar. Boksçular “WBC Youth”, “IBF International”, “WBA Continental” və “WBA Inter-Continental” kateqoriyaları üzrə çempionluq uğrunda mübarizə aparıblar.

Görüşlərdə Rauf Ağayev Elvin Qarayevi, avstriyalı Joxar Amaev isə Ukrayna idmançısı Volodimir Ramanenkonu texniki nakautla məğlub edib.

Rusiyalı Həsən Baysanqurov argentinalı Quido Pitodanonu texniki nakautla məğlub edərək ona məxsus olan “WBA Continental” versiyası üzrə çempion kəmərini qazanıb.

Onun böyük qardaşı Hüseyn Baysanqurov isə özünün “IBF International” və “WBA Inter-Continental” versiyası üzrə çempionluq kəmərini müdafiə etmək üçün argentinalı Antonio Villalobos ilə döyüşüb. Hüseyn də rəqibinə şans verməyib. Döyüş rusiyalı idmançının qələbəsi ilə başa çatıb.

Azərbaycanlı gənc boksçumuz Vahid Abbasov ukraynalı Roman Zincenkodan üstün olub.

Gecənin əsas qarşılaşmasında azərbaycanlı Ramil Hacıyev “WBC Youth” versiyası üzrə dünya çempionu kəməri uğrunda argentinalı boksçu, dünya reytinqində ilk 100 sırada qərarlaşan Mateo Veron ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan idmançısının qələbəsi ilə başa çatıb. Döyüşün 3-cü hissəsində Ramil Hacıyevin üstünlüyü bəhrəsini verib hakim vaxtından əvvəl texniki nakaut qərarı ilə mübarizəni dayandırmalı olub.

Oxşar xəbərlər

Peşəkar boks üzrə yarış keçiriləcək
Boksçumuz erməni rəqibini məğlub etdi
Bakıda peşəkar boks üzrə beynəlxalq turnirə start verildi
Azərbaycanlı döyüşçü Əhmədova məğlub oldu
Boksçularımız həlledici döyüşə adlarını yazdırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər