Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bombardir üçün Premyer Liqada mövsüm bitdi
"Mançester Yunayted"in hücumçusu Romelu Lukaku Premyer Liqanın son iki oyununda iştirak etməyəcək.
Sportfm.az xəbər verir ki, buna səbəb belçikalı forvardın zədələnməsidi.
Bu üzdən o, Premyer Liqanın XXXI turundan təxirə salınmış "Vest Hem" (10 may) və XXXVIII turun "Uotford"la (13 may) görüşlərini buraxacaq. Ancaq 24 yaşlı futbolçunun mayın 19-da "Çelsi" ilə keçiriləcək İngiltərə Kubokunun final qarşılaşmasına yetişmək ehtimalı az da olsa qalır.
Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 16 qol vuran Romelu Lukaku "Mançester Yunayted"in bombardiridi.
Oxşar xəbərlər
“Vest Hem” “Uotford”a, “Everton” “Nyukasl”a qarşı - Premyer Liqa
2021-ci ilin ən bahalı transferləri - SİYAHI
70 illik rekord təkrarlandı
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
“Mançester Yunayted”dən qələbə, “Tottenhem” məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası