"Zaqatala" yağışdan çıxdı, yağmura düşdü
Futbol üzrə Azərbaycan birinci divizionunda 2017/2018-ci illər mövsümünün son turu keçirilib.
Sportfm.az xəbər verir ki, çempion "Xəzər" səfərdə "Şüvəlan"a 0:2 hesabıyla uduzub.
Növbəti mövsümdə Premyer Liqada çıxış edəcəyi gözlənilən "Sabah" isə mövsümə "Mil-Muğan" üzərində 4:1 hesablı qələbəylə yekun vurub.
Turun “Zaqatala” - “Turan Tovuz” oyunu Zaqatalada güclü yağış yağması səbəbindən 30-cu dəqiqədən etibarən yarımçıq dayandırılmışdı. Həmin qarşılaşma bu gün keçirilib və qolsuz başa çatıb.
Zaqatala - Turan Tovuz 0:0
Hakimlər: Nahid Xasıyev, Rahil Ramazanov, Elşad Abdullayev, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Hakim-inspektor: Vaqif Ayvazov
Zaqatala. Şəhər stadionu, 17:00
Oxşar xəbərlər
Çempionun matçı CBC Sport-da
Rəhim Həsənov Birinci Divizionda
Birinci divizionda təyinatlar açıqlandı
Diniyev Zaqatalaya yollanır
İlk tura Bakıda start veriləcək - Birinci Divizionun təqvimi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası