Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ötən ilin ən yaxşı qolunun müəllifi karyerasını başa vurdu
Ötən il dünyanın ən yaxşı qoluna imza atan "Qoyanesiya" klubunun futbolçusu Vendell Lira karyerasını başa vurub. Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 27 yaşındakı braziliyalı futbolçu qərarını belə əsaslandırıb: "Futbol dünyasındakı yalanlar və zədəm belə qərar verməyimə səbəb oldu. Futbolda 15 il keçirdim. Braziliyada peşəkar futbolçu olmaq çox çətindir. Heç vaxt unuda bilməyəcəyim anlarım oldu. Dünya ulduzları ilə birgə oynadım və bir sıra uğurlara imza atdım. Lakin artıq futboldan getməyə qərar verdim".
Qeyd edək ki, Lira 2015-ci ilin ən yaxşı qolu üçün verilən Ferens "Puşkaş" mükafatına sahib çıxıb. Onun "Atletiko Qoyanense"yə vurduğu qol ötən ilin ən yaxşısı seçilib.
Oxşar xəbərlər
Ardıcıl 6-cı dəfə ən yaxşı seçildi
Avstriyada ilin ən yaxşı futbolçusu müəyyənləşdi
"Çelsi" bütün mükafatları qazandı
La Liqada ayın ən yaxşıları
"Liverpul"un keçmiş futbolçusu karyerasını başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası