reklam
Hollandiyalı futbolçu Azərbaycanı tərk etdi
Sportfm.az xəbər saytı

Hollandiyalı futbolçu Azərbaycanı tərk etdi


“Qəbələ” hollandiyalı futbolçu Dion Malon ilə yollarını ayırıb. 

Sportfm.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 

2017-ci yayından "qırmızı-qaralar"da çıxış edən legioner 2017-2018-ci illər mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. Dion “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Topaz Premyer Liqasında 18 matça çıxan hollandiyalı UEFA Avropa Liqasında 3 oyunda iştirak edib. 

“Qəbələ” Dion Malona “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Oxşar xəbərlər

"Qəbələ" israillini göndərdi - Ayrılıq
Omar Hani "Qəbələ"dən yola salındı
"Qəbələ" 2 futbolçusunu göndərdi - Ayrılıq
"Qəbələ" legioneri ilə vidalaşdı - Müqavilə başa çatdı
"Qəbələ" daha 3 futbolçu ilə yollarını ayırdı - Hamısı legionerdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər