U-16 Liqası:"Neftçi" "bürünc"ün bir addımlığında
Dünən U-16 Liqasında 32-ci turun 4 oyunu keçirildi.
«Qəbələ»nin çempionluğu, «Vətən»in isə gümüş medalları vaxtından əvvəl qazandığı birincilikdə əsas mübarizə bürünc medallar uğrunda gedir ki, artıq, 3 namizəddən 1-i son turun nəticəsindən asılı olmayaraq, mübarizədən kənarda qaldı. Söhbət «ev»də «Qəbələ»yə böyük hesabla məğlub olan «Keşlə»dən gedir. Digər namizədlərdən «Zirə» də büdrədi. Amma bu komanda 3-cü yer şansını saxlayır. «Üçlük»dən yalnız «Neftçi» turu itkisiz başa vurdu.
32-ci tur
«Keşlə» - «Qəbələ» 1:6
«Neftçi» İK İB – «Zirə» 2:2
«Sumqayıt» - «Səbail» 1:0
«Neftçi» - «Turan» 7:0
Tura bu gün «Vətən» - «Kəpəz» matçı ilə yekun vurulacaq. «Neftçi Baza»da baş tutacaq qarşılaşmanın başlama vaxtı 14:30-dur.
U-16 Liqasında sonuncu – 33-cü turun oyunları mayın 24-də keçiriləcək: «Zirə» - «Sumqayıt», «Qəbələ» - «Neftçi» İK İB, «Turan» - «Keşlə», «Kəpəz» - «Neftçi», «Qarabağ» - «Vətən». Oyunların başlama vaxtı barədə əlavə məlumat verəcəyik.
Bombardir: Emil Quluzadə («Vətən») – 25 qol.
«Het-trik news» qəzeti
Oxşar xəbərlər
U-16 Liqası: "Bürünc""Neftçi"!
U-16 Liqası: "Vətən" çempionu məğlub edə biləcəkmi?
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
U-16 Liqası: 18-ci turda 3 gözlənilməz nəticə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası