reklam
Absurd qərarın fəsadları: Azərbaycan Kubokunda
Sportfm.az xəbər saytı

Absurd qərarın fəsadları: Azərbaycan Kubokunda "İran finalı" -QEYD


Ötən gün futzal üzrə Azərbaycan Kubokunun yarımfinal matçları keçirildi. Və böyük tarixi olan ölkə futzalı adına növbəti rüsvayçılıq yaşandı. Bəli, əsl rüsvayçılıq. Buna başqa ad vermək mümkün deyil. Bakı İdman Sarayında 2 komandanın qapısından 26 top keçdi. Uduzan komandaların bu mərhələyə qədər keçdiyi yola baxdıqda Futzal Federasiyasının yarıtmaz fəaliyyəti açıq-aşkar görülür. Ölkə kubokunda finala çıxmaq uğrunda intriqa əvvəlcədən ölmüşdü, oyundan öncə hamı "Hell Energy" və "Yasamal-2"-nin neçə top buraxacağından danışırdı. Necə olur ki, İkinci Liqanı təmsil edən VİP(dönüb "Uğur" oldu)turnirin əsas favoritlərindən birinə çevrildi? Axı, hər kəs bilir ki, ötən gün 15 top buraxan "Yasamal-2" futzal yığmamızın əsasını təşkil edən oyunçulardan qurulu çempion "Araz"ı məğlub edə bilməzdi. Məsələnin kökündə federasiyanın göstərişi ilə kubok oyunlarında "Araz"ı bilərəkdən uduzdurması durur. Ümimiyyətlə konkret püşkatma sisteminə malik olmayan qurumun, klublara kubok görüşlərində heyətinə yeni oyunçuları cəlb etməyi icazə verməsi çox absurddu. Belə praktika dünyanın heç bir ölkəsində yoxdur. Təsəvvür edirsiniz, bir komanda mövsümboyu eyni heyətlə çıxış edir, kubok yarışlarına qatılır. Başqa bir komanda isə çempionatda çıxış etdiyi heyətin üzvlərini kənarlaşdırır və kubok matçları üçün heyətinə yeni 10 oyunçu cəlb edir. Bu idmanda haqsız rəqabət deməkdi. Bütün dünya, beynəlxalq qurumlar bununla mübarizə aparır. Bizdə isə əksindir. Dünənki qarşılaşmalarda "Marafon"un heyətində 2, "Uğur"un heyətində isə 10 belə oyunçu vardı. "Yasamal-2" və "Hell Energy"də kubokda yeni futzalçılarla güclənmişdi. Burda adı çəkilən klubları günahlandırmaq yersizdi. Federasiya icazə verirsə, bundan niyə yararlanmayasan? Nəticədə isə "Marafon" "Hell Energy"nin qapısından 11, "Uğur" isə "Yasamal-2"-nin qapısından 15 cavabsız top keçirdi.

Qarşılaşmalara gəlincə, Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun gözü qarşısında ehtiyat oyunçular skamyasında olmayan bəzi futzalçılar oyunların başladıqdan sonra zala gələrək, meydançaya çıxdılar. Bu yolverilməz hala federasiya rəsmiləri və hakimlər də göz yumdu. 

İndi isə Azərbaycan Kubokunun finalında "Marafon"la "Uğur" üz-üzə gələcək. Həlledici görüşü "İran finalı" da adlandırmaq olar. Belə ki, "Marafon"un heyətində 8, "Uğur"da 9 iranlı futzalçı forma geyinir. 

Oxşar xəbərlər

Final matçı mayın 22-də baş tutacaq - CBC Sport canlı yayımlayacaq
"Uğur" finala çıxdı
Futzalda "İnqilab", 65-lik çempion - QEYD
Ölkə Kubokunda 1/4 finalçılar məlum oldu
EKOL "Gilan"a rəqib oldu - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər