reklam
33 ölkənin gimnastı Olimpiya üçün ölkəmizə gələcək
Sportfm.az xəbər saytı

33 ölkənin gimnastı Olimpiya üçün ölkəmizə gələcək


Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışı üçün Bakıya gələcək ölkələrin sayı bəlli olub.

Sportfm.az xəbər verir ki, iyunun 23-də Milli Gimnastika Arenasında start götürəcək lisenziya xarakterli turnirə 33 ölkədən 58 kişi və 54 qadın idman gimnastı qatılacaq.

Kişi gimnastları 16 - 17, qadın gimnastlar isə 15 yaşlılar kateqoriyasında mübarizə aparacaqlar. Azərbaycanı yarışda Səməd Məmmədli, Ağamurad Qəhrəmanov və Samirə Qəhrəmanova təmsil edəcək.

Təsnifat yarışlarında çoxnövçülük proqramındakı çıxışların nəticələrinə əsasən, hər ölkədən yalnız bir nəfər olmaqla, ilk “17-lik”də yer almış iştirakçılar olimpiadaya getmək şansı əldə edəcəklər.

Qeyd edək ki, III Yay Olimpiya Oyunları bu il 6 – 18 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq.

Oxşar xəbərlər

Gimnastlar Bakıda mübarizə aparacaq - Lisenziyalar uğrunda
Gimnastlar üçün Bakıda Novruz şənliyi təşkil olundu - FOTO
Azərbaycan daha bir dünya kubokuna ev sahibliyi edəcək
Buenos-Ayresdə çıxış edənlər Bakıda bilinəcək
Bakı Olimpiya Oyunlarının təsnifat yarışlarına ev sahibliyi edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər