reklam
Sabah AFFA–nın planı açıqlanacaq
Sportfm.az xəbər saytı

Sabah AFFA–nın planı açıqlanacaq


Azərbaycan Premyer Liqasında sonuncu - 28-ci tura mayın 20-də start veriləcək. Turun oyunları iki gün ərzində keçiriləcək.

"Kəpəz" bu məğlubiyyətə görə böyük “çox sağ ol” alar yəqin...

Komediya həvəskarları diqqəti Gəncəyə ayırmalıdılar. Orda “Kəpəz” “Neftçi”ni qəbul edəcək. Heç şübhəsiz, “Kəpəz”in bu qarşılaşmada qalib gələcəyinə ən nikbin azarkeş də inanmır. Ona görə yox ki, Gəncə klubunun “Neftçi”yə qalib gəlməyə gücü çatmaz. Yox, bu “Neftçi”yə qalib gəlmək su içmək qədər asandı. Amma ədalətli mübarizə, sağlam rəqabət olarsa. Bunu isə nə “Kəpəz”dən, nə də “Neftçi”dən gözləməyə dəyməz. “Ağ-qaralar” bu mövsüm iki oyunçunu satın aldıqları üçün (“Keşlə”nin futbolçuları olmuş Nizami Hacıyev və Mirhüseyn Seyidov) həmin futbolçuları ömürlük cəzalandırıblar. Ancaq bu dəfə heç kim cəzalanmayacaq. Elitanı tərk edəcəyi dəqiqləşən “Kəpəz” bu oyundakı məğlubiyyətə görə böyük "çox sağ ol" alar yəqin. Niyə də yox? Axı "böyük qardaş"a kömək etmək lazımdı.

Statistika nə deyir? 

“Neftçi” son 3 oyunda qol buraxmayıb. “Kəpəz”in meydanındakı son 3 matçda qol vuran komanda qalib gəlib.

Kəpəz - Neftçi: 50 oyun, 18 qələbə, 9 heç-heçə, 23 məğlubiyyət, top fərqi 45-71.

Mayın 20-də AFFA-nın “plan”ı ictimaiyyətə də açıqlanacaq.

“Sumqayıt” - “Zirə” qarşılaşmasında isə komandalar yalnız və yalnız 4-cü pillə uğrunda mübarizə aparacaqlar. Çünki hər iki komanda artıq “Neftçi”nin 3-cü pilləni satın aldığına və ya onlara hədiyyə olunduğuna şübhə etmir. Heç şübhəsiz, “Sumqayıt” - “Zirə” qarşılaşmasında da “qara iş” olacaq. Təbii ki, 4-cü pillənin sahibi meydanda yox, AFFA-nın divarları arasında müəyyənləşib. Özü də çoxdan. Sadəcə, mayın 20-də AFFA rəhbərliyinin “plan”ı ictimaiyyətə də açıqlanacaq. Bir sözlə, Sumqayıtda da sağlam rəqabət olmayacaq. Daha bir komediyaya orda şahidlik edəcəksiz.

Statistika nə deyir? 

“Zirə” 5 oyundu meydanı qolsuz tərk etmir. “Sumqayıt” evdəki son 3 matçda uduzmayıb.

Sumqayıt - Zirə: 11 oyun, 3 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət, top fərqi 9-13.

Bax, əsl futbol orda olacaq

Günün digər qarşılaşmasında “Səbail” “Keşlə”ni qəbul edəcək. Bax, əsl futbol orda olacaq. Bu qarşılaşma AFFA rəsmilərinin maraq dairəsində deyil. Ona görə də, ehtimal var ki, Bayılda futbol olacaq. “Səbail” “dələduzlar”ın verdiyi tapşırığı ötən tur “vicdan”la yerinə yetirib. Bu dəfə futbol oynamaq olar. Böyük ehtimalla, “Keşlə” bu qarşılaşmaya böyük güc sərf etməyəcək. İndi bu komanda ancaq kubokun finalı barədə düşünür.

Statistika nə deyir? 

“Səbail” son iki oyunda uduzmayıb. “Keşlə” yeganə səfər oyununda minimal hesablı məğlubiyyət alıb.

Səbail - Keşlə: 3 oyun, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi 2-2

Belə sualların cavabı heç vaxt tapılmayacaq

Turun və ümumilikdə çempionatın komediyasının son pərdəsi mayın 21-də Suraxanıda oynanılacaq. “Azərbaycanda futbol yoxdu” iddiasının təsdiqi məhz bu qarşılaşmadı. Əslində, “Qəbələ” - “Qarabağ” oyunu Qəbələdə keçirilməliydi. Ancaq PFL istədi ki, bu oyun Bakıda keçirilsin. “Qəbələ” də bu istəyə “yox” deyə bilmədi. Ramin Musayevi başa düşdük, bu adam bütün sivil qaydalara tüpürməyi hobbi sayır. Bəs Avropa Liqasının qrup mərhələsində iki dəfə çıxış etmiş komanda niyə buna razılaşsın ki? Vallah, çətin sualdı, billah, çətin sualdı. Və yəqin ki, belə sualların cavabı heç vaxt tapılmayacaq.

Statistika nə deyir? 

8 oyundu qonaq olan tərəf qalib gəlmir. “Qəbələ” son 3 ev oyununda “quru hesablı” qələbə qazanıb.

Qəbələ - Qarabağ: 38 oyun, 10 qələbə, 12 heç-heçə, 17 məğlubiyyət, top fərqi 36-48.

Komanda.az

Oxşar xəbərlər

Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Premyer Liqanın XXVI turu rəqəmləri gözü ilə - STATİSTİKA
"Neftçi" ilə başlayan "Kəpəz": Mövsümün son turu rəqəmlərin gözü ilə
Azərbaycan Premyer Liqasının XIX turunun oyun cədvəli müəyyənləşi
Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər