Hərbçilərin Dünya çempionatından 11 medal
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatı keçirilib. Çempionatda iştirak edən yığma komandamızın üzvləri 2 qızıl, 3 gümüş, 6 bürünc medal qazanıb.
Sportfm.az xəbər verir ki, qızıl medalları yığmamıza qadın güləşi üzrə 65 kq-da mübarizə aparan Ceyla Nağızadə və yunan-Roma güləşi üzrə 77 kq-da yarışan Həsən Əliyev qazandırıb.
Sərbəst güləş üzrə yığmamızın üzvü Kənan Əliyev, yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Ülvi Qənizadə (72 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.
Bürünc medalları isə yığmamıza qadın güləşçilərimizdən Sona Tumarxanova (50 kq), sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (74 kq) və Roman Bəkirov (97 kq), yunan-Romaçılardan isə Rafiq Hüseynov (82 kq) və İslam Abbasov (87 kq) qazandırıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev təmsil edib.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatında ikinci oldu - FOTO
Güləşçilərimiz Avropa çempionatında 6 medal qazandı - FOTO
"Zəfər Kuboku" son gün: 2 qızıl, 2 gümüş və 4 bürünc medal
Güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar
320 idmançının iştirak etdiyi Dünya Çempionatında 5 medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası