Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sumqayıt"da yeni müqavilə
"Sumqayıt" klubu 2018/2019 mövsümü üçün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb.
Sportfm.az klub saytına istinadən xəbər verir ki, “kimyaçılar” ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 30 yaşlı müdafiəçiylə yeni - 2 illik müqaviləyə imza atılıb.
Beş mövsümdü “Sumqayıt”ın şərəfini qoruyan Vurğun 2017/2018 mövsümündə bu komandanın heyətində 20 oyuna çıxıb və 1800 dəqiqə meydanda olub, bir qol vurub. Kapitan ümumilikdə isə "Sumqayıt"ın heyətində 131 qarşılaşmada meydana çıxıb.
Vurğun Hüseynovun "Sumqayıt"da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.
Oxşar xəbərlər
"Sumqayıt" iki oyunçusu ilə müqaviləni uzatdı - 3 illik
"Sumqayıt" 2 futbolçusu ilə müqaviləni uzatdı - 1 illik və 2 illik
“Sumqayıt” kapitan ilə müqavilə imzaladı
Vurğun "Sumqayıt"ın tarixinə düşdü
Kapitan "Sumqayıt"da qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası