Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Region Liqası başa çatdı
Bu gün AFFA-nın təşkil etdiyi Region Liqasında final və 3-cü yer uğrunda oyunlar keçirilib.
Sportfm.az xəbər verir ki, hər iki matç Bayıl stadionunda baş tutub. "Araz Naxçıvan" və "Füzuli" komandaları 3-cü yer uğrunda matçda üz-üzə gəliblər. Əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında daha dəqiq oynayan Füzuli futbolçuları liqanı 3-cü pillədə başa vurublar.
Finalda isə Mingəçevirin "Energetik" və Sumqayıtın "Uğur" komandaları üz-üzə gəliblər. Qarşılaşma sumqayıtlıların 2:0 hesablı qələbəsiylə nəticələnib. "Uğur" Region Liqasının ilk qalibi olub.
Oxşar xəbərlər
"Energetik" komandası qayıtdı - Region Liqasında iştirak üçün
Region Liqasının qalibi bilindi - FOTO
AFFA-dan Region Liqası ilə bağlı daha bir qərar - Oyunun nəticəsi ləğv edildi
Region Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək - Kim, kimə rəqib ola bilər?
Region Liqası: Yarımfinalın püşkü atıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası