reklam
Elxan Məmmədov açıqladı:
Sportfm.az xəbər saytı

Elxan Məmmədov açıqladı:"Kəpəz" Premyer Liqada qalacaq?


AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib. 

Sportfm.az xəbər verir ki, qurum rəsmisi Topaz Premyer Liqasında sonuncu yeri tutan "Kəpəz"in növbəti mövsüm I Divizionda yarışacağını rəsmən söyləyib: 

"İdman prinsiplərini qorumaq lazımdır. Buna uyğun olaraq da son yeri tutan komanda çempionatı tərk etməlidir. Onsuz da AFFA hər zaman "Kəpəz"ə dəstək verib. Bu, belə də davam edəcək. Maliyyə dəstəyi verməkdə davam edəcəyik. Müvafiq qaydada bu proses olacaq. Ümid edirik ki, "Kəpəz" növbəti mövsüm I Divizionda 1-ci yeri tutacaq, lisenziyalaşdırma şərtlərinə cavab verəcək və Premyer Liqaya dönəcək. Gəncə komandası Premyer Liqada olmayacaq və aşağı liqada yarışacaq". 

Qeyd edək ki, "Kəpəz"in yerinə elitaya I Divizionda 5-ci pilləni tutan "Sabah" klubu buraxılıb.

Oxşar xəbərlər

"Autsayder diviziona düşəcək" - Ramin Musayev
"AFFA Premyer Liqada çıxış etməyimizə icazə verəcək" - Baş məşqçi
“Gəncədə futbol akademiyası açılacaq” - Elxan Məmmədov
"Kəpəz"in taleyinə aydınlıq gəldi
"Axırıncı yeri tutan komanda I Diviziona getməlidir" - Elxan Məmmədov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər