reklam
Məğlub olan futbolçulardan razı qalan Rəşad Sadıqov:
Sportfm.az xəbər saytı

Məğlub olan futbolçulardan razı qalan Rəşad Sadıqov:Onları silməliyik...


20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Sadıqov Makedoniyaya qarşı keçirilən yoxlama oyunundan (0:1) sonra fikirlərini bölüşüb. 

Sportfm.az xəbər verir ki, o, bunları söyləyib: 

“Ümumilikdə təlim-məşq toplanışından və futbolçulardan razı qaldım. Komandadakı çatışmazlıqları aradan qaldırmaq üçün daha çox oyun keçirmək istərdim. 12 gün bir yerdə olduq və 3 yoldaşlıq oyunu keçirdik. Bu oyuna gəlincə, iki fərqli hissə oldu. Az oynayan futbolçulara şans verdim. Azərbaycan çempionatı ilə beynəlxalq oyunlar fərqlidi. Kimsə zəif çıxış etdi və ya oyunu alınmadısa, bu o demək deyil ki onları silməliyik. Onları başa düşmək lazımdı. Futbolçularımız az beynəlxalq oyun keçirirlər. Optimal heyəti hələ müəyyənləşdirməmişəm. Zədəli futbolçularımız var idi ki, bu toplanışda bizimlə ola bilmədilər. Komandadan 12-13 futbolçunu U-21-in toplanışına da dəvət edəcəm. Avtoqol məni çox məyus etmədi. Bu, texniki səhvdi. Məni daha çox kiminsə mübarizədən yayınması və ya asan təslim olması məyus edər. Futbolçularımız oyundan oyuna inkişaf edəcəklər”.

Oxşar xəbərlər

"Heç bir futbolçu ilə razılığa gəlməmişik" - Rəşad Sadıqov
Şopiç komandasının daha yaxşı yerdə olacağına inanır
"Futbolçuların oyun praktikası yoxdur" - Vüqar Məmməd
Yığmamız “Keşlə” ilə üz-üzə gəldi - FOTO
Qurban Qurbanov: "Təlim-məşq toplanışından razı qaldım"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər