reklam
Sportfm.az xəbər saytı

"Real" bu transferdə hər kəsi qabaqladı


Ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qalibi olan "Real" mövsümün ilk transferini tamamlayıb.

Sportfm.az xəbər verir ki, "Kral klubu" "Liverpul"un ulduzu Sadio Mane ilə şərtlərdə razılığa gəlib.

"France Football"un məlumatına görə, hazırda "Real" rəhbərliyi "Liverpul"la danışıqları davam etdirir. Bildirilir ki, Madrid klubunun bu yay ilk transferi məhz Sadio Mane olacaq.

Qeyd edək ki, 26 yaşlı forvard 2016-cı ildə "Sauthempton"dan "Liverpul"a 41,2 milyon avro qarşılığında transfer olunub. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub.

Eyni zamanda Seneqal millisinin üzvü olan Mane ötən mövsüm 44 rəsmi oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

"Qızıl top"a ən real namizədlər - Siyahı yeniləndi
Transfer bombası Madriddə partlayacaq
3 transfer üçün 320 milyon avro
"Liverpul" transfer bombasını partlatdı - rekord qırıldı
Futbol tarixinin ən bahalı transferi reallaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər