reklam
Qurbanovun ilk səfəri necə bitəcək?
Sportfm.az xəbər saytı

Qurbanovun ilk səfəri necə bitəcək?


Futbol üzrə milli komandamız bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.

Sportfm.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız Qazaxıstan millisi ilə qarşılaşacaq.

"Astana Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bu, Qurban Qurbanovun millimizə baş məşqçi təyin edildikdən sonra keçirilən ilk rəsmi səfər oyunudur. Komandamızın bunadək 4 yoxlama oyunundan 2-i Antalyada, 2-i isə Bakıda olub.

Qeyd edək ki, bu, millimizin Qurban Qurbanovun rəhbərliyi altında 5-ci oyunu olacaq. Bunadək 4 yoxlama oyunu keçirən yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Belarusa məğlub olub, Qırğızıstana isə qalib gəlib.

Bu görüşü Moldovalı hakimlər briqadası idarə edəcək.

5 iyun

Yoldaşlıq görüşü

18:00. Qazaxıstan – Azərbaycan

Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan

Astana. "Astana Arena”

Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Oxşar xəbərlər

“Qarabağ”ın “Sumqayıt” sınağı - Yoxlama oyunu
Millimiz səfərdə qələbə qazandı
Qazaxıstan yığmamıza "yerini göstərdi"
Qazaxıstan - Azərbaycan matçının hakimləri açıqlandı
Azərbaycan Qırğızıstana qarşı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər