reklam
Azərbaycan yığması
Sportfm.az xəbər saytı

Azərbaycan yığması "Dördlər finalı"na adlaya bilmədi


Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Qızıl Avropa Liqasının "Dördlər finalı"na vəsiqə qazana bilməyib.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu, hazırda davam edən Macarıstan - Finlandiya görüşünün nəticəsinə əsasən müəyyən olub.

Məsələ burasındadı ki, hazırda 2:1 hesabı ilə öndə olan finlandiyalılar meydanı məğlub tərk etsələr belə, B qrupunu lider kimi başa vuracaqlar. Finlandiya qrup lideri, ikinci yeri tutan Macarıstan isə ev sahibi qismində mübarizəni davam etdirəcək.

Azərbaycan millisi isə ən yaxşı qrup ikincisi olmasına baxmayaraq, "Dördlər finalı"na adlaya bilməyib.

Finlandiya və Macarıstanla yanaşı, Bolqarıstanla Çexiya da "Dördlər finalı"na vəsiqə qazanıblar. "Dördlər finalı"nın matçları iyunun 14-də Budapeştdə keçiriləcək. Qaliblər ertəsi gün həlledici matça, məğlub komandalar isə 3-cü yer uğrunda görüşə çıxacaqlar.

Oxşar xəbərlər

“Dördlər finalı”nın püşkü atıldı - Millətlər Liqası
Superkubokun formatında dəyişlik ediləcək
Yığmamız avrokuboklarda olmayacaq - İmtina
"Dördlər finalı" Almaniyada keçiriləcək
Millətlər Liqasında “Dördlər finalı”nın püşkü atılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər