reklam
Bakıda Avropa və dünya çempionuna hökm oxundu
Sportfm.az xəbər saytı

Bakıda Avropa və dünya çempionuna hökm oxundu


Kriminal aləmin üzvləri hakim qarşısına çıxarılıblar. Onlar Bakıda silahlı atışmada iştirakda ittiham edilirlər.

Sportfm.az saytı musavat.com-a istinadən xəbər verir ki, Bakıda silahlı atışmada təqsirləndirilən Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə və Emin Əliyev 2 il 6 ay, İlham Ramazanov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 134 ünvanında yerləşən "Nənəmin Təndiri" restoranın yaxınlığında baş verib. Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə və Emin Əliyev Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitədən istifadə) maddəsi ilə də ittiham edilirlər.

Xatırladaq ki, Xəyyam Səfixanov universal döyüş üzrə dünya və Avropa çempionu olub.

Oxşar xəbərlər

Bəraət aldıqdan sonra öldürülən idmançının hökmü ləğv edildi - QƏRAR
Beşqat dünya çempionu bəraət aldı - Cinayət əməli sübuta yetirilmədi
Avropa çempionumuza 10 il iş istənildi
Avropa çempionumuz niyə dəlixanaya göndərildi? - Hadisə
"İnter"in sabiq prezidentinə hökm oxundu... HADİSƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər