reklam
Con Toşak Təbrizdə! -
Sportfm.az xəbər saytı

Con Toşak Təbrizdə! -FOTO


“Traktorsazi”nin yeni baş məşqçisi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, geridə qalan mövsüm bitən kimi türkiyəli Ərtoğrul Sağlam ilə yollarını ayıran Cənubi Azərbaycan klubu vaxtilə “Xəzər Lənkəran”da da çalışmış Con Toşaka tapşırılıb. Bu barədə Təbriz təmsilçisinin rəsmi saytı məlumat yayıb. Uelsli mütəxəssis “Traktorsazi” ilə 3 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 69 yaşlı mütəxəssis “Xəzər Lənkəran”da 2013-cü ildə baş məşqçi olub. Azərbaycandan ayrılandan sonra o, Mərakeşin “Vidad” komandasını çalışdırıb. Toşak 2016-cı ildən bəri işsiz idi.

“Traktorsazi” geridə qalan mövsümdə İran çempionatını 16 iştirakçı arasında 10-cu pillədə başa vurub.

Oxşar xəbərlər

İnzaqinin yeni iş yeri məlum oldu - 3 illik müqavilə
Yığmamızın hücumçusu İran klubunda - 1 illik müqavilə
Con Toşak Azərbaycan klubuna başçılıq edəcək! - Bir şərti var
Azərbaycan klubu "Keşlə"ni məğlub etdi
Türkiyəli mütəxəssis Təbrizdə - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər