Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Səbail" yığmamızın üzvünü transfer etdi
"Səbail" növbəti transferini reallaşdırıb.
Sportfm.az xəbər verir ki, paytaxt klubu son iki mövsümdə "Qəbələ"də çıxış etmiş milli komandamızın futbolçusu Ruslan Qurbanovu transfer edib. Bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Xatıladaq ki, "Səbail" bunadək "Qarabağ"dan yarımmüdafiəçilər, millimizin sabiq üzvləri Rahid Əmirquliyevlə Ağabala Ramazanovu, "Kəpəz"in kapitanı olan sol cinah müdafiəçisi Şəhriyar Rəhimovu, "Zirə" və "Sumqayıt"dan orta sahə oyunçuları - Orxan Əliyevlə Vüqar Bəybalayevi transfer edib.
Oxşar xəbərlər
"Səbail" 3 futbolçunu heyətində saxladı
"Səbail" ikinci transferini etdi
"Kəpəz"in futbolçusu "Səbail"də
Bəybalayev "ünvanını dəyişdi"
“Səbail” klubu növbəti transferini reallaşdırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası