Dünya çempionatının açılış matçının hakimləri müəyyənləşdi
Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçiriləcək dünya çempionatının açılış oyununa hakim təyinatları açıqlanıb.
Sportfm.az xəbər verir ki, ilk qarşılaşma argentinalı referi Nestor Pitanaya tapşırılıb.
Pitanaya həmyerliləri Xuan Pablo Bellati və Ernan Maydana yan xətt hakimləri kimi yardımçı olacaqlar. Ehtiyat hakim isə braziliyalı Sandro Riççi təyin edilib.
Dünya çempionatında ilk dəfə hakimlərə videoyardım sistemi (VAR) çalışacaq. Videohakimlər briqadasına italiyalı Massimiliano İrrati, həmyerlisi Daniele Orsato, argentinalı Mauro Vilyano və Çilidən olan Karlos Astroza daxil edilib.
İyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Oxşar xəbərlər
Barbaş millimizin matçında - Təyinat
"Sevilya" - "Qarabağ" matçının hakimləri məlum oldu
Uels - Azərbaycan matçının hakimləri bəlli oldu
Bakıda keçiriləcək final matçının hakimləri açıqlandı
DÇ-2018: Rusiya 3 xalı 5 qolla qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Turan"ın ilk ev matçına biletlər satışa çıxdı















Misli Premyer Liqası