Uğurun transferi uğurla başa çatdı
Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk karyerasını yenə Türkiyədə davam etdirəcək.
Sportfm.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm formasını geyindiyi "Manisaspor”da qalacaq.
Manisa klubu bir müddət əvvəl onunla yollarını ayırmışdı. Lakin klub rəhbərliyində dəyişiklik olduqdan sonra hər iki tərəf fikrindən daşınıb. Belə ki, yeni rəhbərlik Pamuka müqaviləni yeniləməyi təklif edib. Hazırda Almaniyada olan Uğurun tezliklə Türkiyəyə qayıdıb yeni müqaviləyə imza atması gözlənilir.
Qeyd edək ki, “Manisaspor” TFF 1-ci liqanın son mövsümündə 18 iştirakçı arasında 17-ci olub və aşağı liqaya düşüb.
Vaxtilə millimizdə bir neçə oyun keçirmiş Pamuk Azərbaycanda “Sumqayıt” və "Xəzər Lənkəran”ın da formasını geyinib.
Oxşar xəbərlər
Kamran Əliyev karyerasını Azərbaycanda davam etdirəcək
FİFA Türkiyə klubuna qadağanı Azərbaycan millisinin futbolçusuna görə götürmədi
Millimizin üzvü Türkiyə klubundan borcunu tələb edir
FIFA Türkiyə klubuna qadağanı millimizin futbolçusuna görə götürmədi
Yığmamızın sabiq üzvü Birinci Liqa komandasına da lazım olmadı! - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Emrelinin komandasından ikinci qələbə
-
Azərbaycan Kubokunda növbəti mərhələnin oyunları - CƏDVƏL
-
Super Liqanın yeni titul sponsoru müəyyənləşdi
-
Dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olundu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Qəbələ” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı - Premyer Liqa














Misli Premyer Liqası