Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çempionlar Liqasında pley-off mərhələsinin cütləri bəlli oldu
Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçirilib. Sportfm.az saytının məlumatına görə, qrup mərhələsinə son 10 vəsiqəyə 20 iddiaçının rəqibləri bəlli olub. Öz ölkəsinin çempionu olanlar pley-offun 5 cütünü təşkil edib. Azərbaycan çempionu "Qarabağ”ı yarışdan kənarlaşdıran Çexiya "Viktoriya” Bolqarıstan "Lüdoqorets”i ilə düşüb. Çempion olmayanların mübarizəsində də 10 komanda 5 cütdə mübarizə aparacaq. "Böyük beşlik” təmsilçilərinin iştirakı ilə bir duel baş tutacaq. "Vilyarreal” "Monako” ilə görüşəcək. Bundan başqa, "Porto” ilə "Roma” arasında duel də maraq kəsb edir.
Qeyd edək ki, bu mərhələnin ilk görüşləri avqustun 16-17-də, cavab qarşılaşmaları 23-24-də baş tutacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi (16-17 və 23-24 avqust)
Çempionlar yolu
"Ludoqorets” (Bolqarıstan) - "Viktoriya” (Çexiya)
"Seltik” (Şotlandiya) - "Hapoel” (Beyer-Şeva, İsrail)
"Kopenhagen” (Danimarka) - APOEL (Kipr)
"Dandalk” (İrlandiya) - "Legiya” (Polşa)
"Dinamo” (Xorvatiya) - "Zalsburq” (Avstriya)
Liqa yolu
"Styaua” (Rumıniya) - "Mançester Siti” (İngiltərə)
"Porto” (Portuqaliya) - "Roma” (İtaliya)
"Ayaks” (Hollandiya) - "Rostov” (Rusiya)
"Yanq Boyz” (İsveçrə) - "Borussiya” (M, Almaniya)
"Vilyarreal” (İspaniya) - "Monako” (Fransa)
Oxşar xəbərlər
Bu gün “Qarabağ”ın potensial rəqibi bilinəcək - Çempionlar Liqası
Çempionlar Liqası: Qrup mərhələsinin bütün iştirakçıları bəlli oldu
Çempionlar Liqası: "Monako", "Seltik" və "Portu" qrup mərhələsində
Çempionlar Liqası: "Seltik" və "Monako" qalib gəldi
Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası