Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Selta" daha bir türk futbolçunu transfer etdi
"Trabzonspor"un futbolçusu Okay Yokuşlu karyerasını İspaniyada davam etdirəcək.
Sportfm.az xəbər verir ki, Türkiyə millisinin üzvü La Liqada mübarizə aparan "Selta" klubu ilə anlaşıb. 24 yaşlı futbolçu Viqo təmsilçisi ilə 5 illik sözləşmə imzalayaraq, Türkiyə yığmasında birlikdə çıxış etdiyi Emre Morun komanda yoldaşı olub. "Selta" bu transferə görə futbolçunun məxsus olduğu kluba 6 milyon avro ödəyəcək.
Qeyd edək ki, Yokuşlu "Trabzonspor"a 2015-ci ildə "Kayserispor" klubundan transfer olunub. O, Qara dəniz təmsilçisinin heyətində keçidiyi 106 oyunda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Türkiyə millisinin üzvü "Xetafe"yə keçdi - Müqavilə
İspaniya klubu türk futbolçudan qurtulmaq istəyir
Türkiyə millisinin yarımmüdafiəçisi İspaniya klubunda
Psixoloji problemləri olan futbolçu İstanbula gəlir
Emre Morun yeni klubu müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası