reklam
Baqali Dabo
Sportfm.az xəbər saytı

Baqali Dabo "Neftçi"də -FOTO


"Neftçi” növbəti transferini reallaşdırıb. 

Sportfm.az xəbər verir ki, "ağ-qaralar" Baqali Dabo ilə müqavilə imzalayıb. Fransız futbolçu 2 il "Neftçi”nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək. 

Fransanın "İvri”, "Kreteil”, "İstres” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm "Qəbələ”nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub. 

Qeyd edək ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib. Komandamızın transfer çalışmaları davam edir.

 

Oxşar xəbərlər

Baqali Dabo yeni klubunun formasında - FOTO
"Neftçi" sifariş ərizəsini PFL-ə təqdim etdi - SİYAHI
"Neftçi" "Çelik"i "əritdi"
"Neftçi"dən növbəti transfer - FOTO
Rəşad Eyubov "Neftçi"də - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər