"Sabah" Türkiyəyə yollanır
“Sabah” Futbol Klubunun 2018/19 mövsümü ilə bağlı hazırlıq planı bəlli olub. Komanda 3 mərhələdən ibarət olacaq yeni mövsümün hazırlıqlarına bu gün “Əlincə Arena”da başlayacaq.
Sportfm.az xəbər verir ki, toplanışın ilk hissəsi iyunun 18-dən iyulun 2-dək Bakıda baş tutacaq. İlkin hazırlıq mərhələsində bir oyunun keçirilməsi nəzərdə tutulub. İyunun 30-na planlaşdırılan görüşdəki rəqib hələ ki, bəlli deyil.
Paytaxtda davam edəcək ikinci hazırlıq mərhələsi 2-15 iyul aralığında keçiriləcək. Komanda hazırlığın bu mərhələsində iyulun 7-də “Səbail”, iyulun 11-də “Sumqayıt”, iyulun 14-də isə “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.
Toplanışın üçüncü hissəsi isə 16-29 iyul aralığında Türkiyənin Bolu şəhərində baş tutacaq. Qonşu ölkədəki təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi barədə məlumat veriləcək.
Oxşar xəbərlər
“Sabah”ın yay hazırlıq planı bilindi
“Səbail” Gürcüstanda hazırlaşacaq - Toplanış
"Qarabağ"ın hazırlıq planı - 4 yoxlama görüşü
"Zirə" yerli klublarla görüşəcək - Hazırlıq planı məlum oldu
"Sabah" Türkiyəyə yollanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası