Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda ilk dəfə cüdo üzrə dünya çempionatı keçiriləcək
Cüdo üzrə böyüklər arasında 2018-ci il dünya çempionatı ilk dəfə Bakıda keçiriləcək. Sportfm.az report-a istinadən xəbər verir ki, bu haqda qərar Beynəlxalq Cüdo Federasiyası (İJF) İcraiyyə Komitəsinin Braziliyanın Rio-de-Janeyro şəhərindəki iclasında qəbul olunub. İJF prezidenti Marius Vizer bildirib ki, Azərbaycan paytaxtı beynəlxalq tədbirlərin təşkili sarıdan gözəl ənənəyə malikdir: "2015-ci ildə ilk Avropa Oyunları Bakıda uğurla həyata keçirilib. Eyni zamanda cüdo üzrə "Böyük dəbilqə" turniri bir neçə ildir böyük uğurla təşkil olunur. Biz Azərbaycanın 2018-ci ildə böyük dünya çempionatı keçirmə qabiliyyətinə əmin olmalıyıq".
Qeyd edək ki, iclasda 2019-cu il dünya çempionatının təşkilatçısı da müəyyənləşib. Bu, cüdonun vətəni, 2020-ci il Yay Olimpiya Oyunlarını da keçirəcək Yaponiyanın paytaxtı Tokiodur.
Oxşar xəbərlər
Dünya cüdo ailəsinin üzvləri Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində - FOTO
Sadıq Sadıqova xüsusi mükafat təqdim edildi
Bakıda cüdo üzrə beynəlxalq seminar keçirilir
Cüdo üzrə Azərbaycan birinciliyinə start verilib
28 oktyabr - Dünya Cüdo Günü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası