reklam
Nicat Qurbanov gəncəli azarkeşlərə səsləndi
Sportfm.az xəbər saytı

Nicat Qurbanov gəncəli azarkeşlərə səsləndi


"Kəpəz”in mövsüm öncəsi heyətinə qatdığı futbolçulardan biri də Nicat Qurbanov oldu. Sportfm.az xəbər verir ki, Avropa Liqasının oyunlarında da Gəncə klubuna kömək edən yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında deyib: "Bu çempionat ötənilkilərdən fərqli olacaq. Çünki bizi 8 komandalı yarış gözləyir. Əgər belə demək mümkündürsə, Premyer Liqada artıq zəif komanda yoxdur. Fikrimcə, daha maraqlı çempionat olacaq. Azarkeşlər bir-birindən gərgin oyunlar izləyəcək. "Kəpəz” mənim yeni klubumdur. Komandaya xeyir verməyə çalışacağam. Avropa Liqasına vəsiqə verən yerlər uğrunda mübarizə aparacağıq və bunun üçün əlimdən gələni edəcəyəm. Sizin vasitənizlə azarkeşlərimizə səslənib onları bizə dəstək olmağa çağırıram. Onlarsız oyunlar maraqsız olar. Yaxşı bilirəm ki, Gəncədə matçlara daha çox azarkeş gəlir və bu rəqiblərə çətinlik yaradır. "Kəpəz”in nəticədən asılı olmayaraq komandaya dəstək verən azarkeşləri var. Bu da çox müsbət haldır”. 

Oxşar xəbərlər

"“Kəpəz” köklü klubdur, Gəncədə futbolu çox sevirlər" - Amil Yunanov
"Azarkeşlər ancaq "Kəpəz"i fikirləşsinlər" - "Kəpəz"in yeni baş məşqçisi
Nicat Qurbanov: “Klubun adına yaraşmayan yerdəyik”
"Kəpəz"in futbolçusu: "Biz yenidən Avropa Liqasına getmək istəyirik"
Şahin Diniyev: “Avropa Liqasına vəsiqə qazanmağın ən yaxın yolu budur”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər