reklam
Nigeriya yığmasının üzvü
Sportfm.az xəbər saytı

Nigeriya yığmasının üzvü "Qəbələ"də -RƏSMİ


2018/19 mövsümünün hazırlıqlarını Sloveniyada davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

Sportfm.az xəbər verir ki, "qırmızı-qaralar” nigeriyalı futbolçu Ceyms Adeniyini heyətinə qatıb. 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. 

Nigeriyanın U-17 yığmasında çıxış etmiş hücumçu 2012-ci ildən Avropada legioner həyatı yaşayır. 20 yaşında Albaniyaya yollanan Ceyms 6 il bu ölkə klublarının formasını geyinib. O, 2012-2013-cü illərdə “Byulis”də çıxış edib. Hücumçu 2013-cü ilin ilk yarısını icarə əsasında “Tomori”də keçirib. 2014-cü ilin əvvəlində “Laçi” ilə anlaşan Adeniyi 2 il bu komandanın uğurları üçün çalışıb. Nigeriyalı legioner son 2,5 ili “Skenderbeu”da çıxış edib. Albaniya karyerasında 2 çempionluq, 2 kubok və 1 Superkubok qazanan afrikalı hücumçu bu müddətdə 216 oyunda 76 qol vurub. O, Superliqada 51 (170 oyun), kubokda 19 (26), Superkubokda 2 (2), avrokuboklarda 4 (18) dəfə rəqib qapılarına yol tapıb.

Oxşar xəbərlər

“Qəbələ”nin legioneri gedir
PSJ-nin yetirməsi “Qəbələ”də - RƏSMİ
"Qəbələ" yeni transferini açıqladı - FOTO
"Qəbələ" Toqo millisinin üzvünü transfer etdi
Albaniya millisinin üzvü "Qəbələ"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər